Sosial 

Boynu onurğasına “şurup”la bərkidilən TOPÇUMUZ – VİDEO

Vətən müharibəsində yaralanaraq boynu onurğasına “şurup”la bərkidilən qazinin anası danışıb.

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb:

“Övladım ikinci Qarabağ müharibəsi başlandığı gündən həmin döyüşlərdə iştirak edib. Murovdağ istiqamətində topçu olub. Ağstafanın N saylı hərbi hissəsindən onu döyüşlərə aparıblar. Oktyabr ayının 5-də mərmi qəlpəsi nəticəsində ağır yaralanıb. Mərmi qəlpəsi ilik qarışıq onurğasını yaralayıb, hazırda iflicdir. Oğlum iki dəfə ağır əməliyyat keçirib. Ailəmizdə yeganə övladımızdır,18 yaşı var. Çox xahiş edirəm səsimizi eiştsinlər, bizə oğlumun müalicəsi ilə bağlı köməklik etsinlər”.

 

Daha çox xəbərlər