Hadisə 

Bakıda yolu keçmək istəyən qadını maşın vurub öldürdü – VİDEO

Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonu ərazisində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

ARNTV.AZ-ın Baku.ws-ə istinadən məlumatına görə, qəza Dərnəgül yolunda qeydə alınıb.

Orta yaşlı qadın  piyada keçidinin altından yolu keçməyə cəhd edib. Nəticədə, “Mercedes” markalı avtomobil qadını vurub. Sonuncu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılıb.

 

Daha çox xəbərlər