Dünya 

Rusiyada qar uçqunu altında qalan evlərdən qurbanlar çıxarıldı – FOTO/VİDEO

Rusiyanın Norilsk şəhəri yaxınlığına “Qora Otdelnaya” dağ-xizək kurortunda qar uçqunu baş verib.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (RF FHN) mətbuat xidmətindən xəbər verilib.

Bildirilir ki, uçqun nəticəsində beş ev qar kütləsinin altında qalıb. Binalardan üçünə ciddi zərər dəyib. Həmin evlərdə yaşayış olub. Hadisə zamanı insanların əksəriyyəti xilas ola bilib. Lakin faciə qurbansız ötüşməyib.

Axtarış işləri zamanı xilasedicilər qarın altından 14 yaşlı yeniyetməni tapıblar. O, ağır vəziyyətdə Norilsk xəstəxanasına yerləşdirilib.

Qurbanın 38 yaşlı anasının, yaş yarımlıq qardaşının və 45 yaşlı atasının cəsədləri də faciə yerindən çıxarılıb.

RF İstintaq Komitəsinin Krasnoyarsk Bölgəsi və Xakasiya üzrə Baş İstintaq İdarəsi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açıb.

Daha çox xəbərlər