Hadisə 

Şəkidə maşın 50 yaşlı kişini vurub öldürdü

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin S.Rəhman küçəsində baş verib.

Şəki rayonunun Oxud kənd sakini, 1998-ci il təvəllüdlü Məmmədli Ülvi Sadiq oğlu idarə etdiyi “VAZ 2106” markalı, 55-CA-423 dövlət nömrə nişanlı avtomobillə həmin küçədə “Təzə Bazar” adlanan ərazidə yolu keçən piyada, Balakən rayon sakini, 1968-ci il təvəllüdlü Omarov Ramiz Məhəmməd oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.oxu.az

Daha çox xəbərlər