Cəmiyyət 

Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib

ARANTV.AZ xəbər verir ki, Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib. Hər 10 ildən bir baş tutan əhalinin siyahıya alınması növbəti dəfə 2019-cu ilin oktyabrında təşkil olunacaq. Prosesə 43 min insanın cəlb olunub.

Əhalinin siyahıya alınması Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı  “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında fərmanına” uyğun aparılır. Baş nazirin müavini, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın sədri Əli Həsənov bildirdi ki, iclasın əsas məqsədi siyahıyaalma prosesini ciddi müzakirə etmək və prosesi sürətləndirməkdən ibarətdir. Hər 10 ildən bir baş tutan əhalinin siyahıya alınması növbəti dəfə 2019-cu ilin oktyabrında keçiriləcək. Prosesə 43 min insanın cəlb olunduğunu deyən Baş nazirin müavini qeyd etdi ki, sorğu vərəqələri artıq hazırdır. 28 bənddən ibarət sorğuda 180 göstərici yer alıb. İclasda vurğulandı ki, bu prosesin geniş və təfsilatı ilə əhaliyə çatdırılması üçün KİV-lərin öhdəsinə böyük məsuliyyət düşür. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov da hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verdi. Sonra maraq doğuran məsələlər təhlil edildi.

Daha çox xəbərlər