Şuşada hərbçilər qəzaya düşüb, 1-i ölüb, 2-si yaralanıb
Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya uğrayıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, hadisə yanvarın 12-də baş verib. Hadisə nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

