Dünya 

Çin dünya ölkələrinə 224 milyard, adambaşına 40 ədəd maska ixrac edib Gəliri də açıqlanıb

Koronavirus pandemiyasının ilk ortaya çıxdığı ölkə olan Çin pandemiyanı sürətlə nəzarət altına aldıqdan sonra bu dövrü fürsətə çevirib.

Çinin Gömrük Komitəsinin nümayəndəsi Li Kuiven ölkəsinin 2020-ci ilin mart-dekabr dövründə dünyaya 224 milyard ədəd maska satdığını, bu rəqəmin ölkəsinin xaricindəki dünya əhalisinin hər birinə 40 maska satıldığı mənasını verdiyini açıqlayıb.

O, Çinin bu dövrdəki maska ixracının cəmi dəyərinin 340 milyard yuan (52 milyard dollar) təşkil etdiyini, cəmi ixracında maska payının 2 faiz olduğunu qeyd edib.

“Bloomberg” agentliyi  Çinin maska ixracının bu ölkənin pandemiya dövründə dünyadakı ixrac hakimiyyətini ən yaxşı əks etdirən məhsul olduğunu vurğulayıb.

Daha çox xəbərlər