Azərbaycan Rusiyadan 10 milyon dollarlıq mayonez alıb
2020-ci ildə (20 dekabr tarixinə olan məlumata əsasən) Rusiyadan Azərbaycana 10 milyon ABŞ dolları dəyərində 10 min tona yaxın mayonez ixrac olunub.
Rusiya mətbuatının məlumatına görə, Azərbaycana ixrac olunan bu məhsulun dəyəri 4,4 faiz artıb, həcmi isə 4 faiz azalıb.
Ümumilikdə, ötən il Rusiya təxminən 100 min ton mayonez ixrac edib. 2020-ci ildə mayonez və digər sousların ixracı 2019-ci ilə nisbətən 7,4 faiz artaraq 99 min tona çatıb.
Rusiya məhsulunun əsas istehlakçıları MDB ölkələridir. Belə ki, ötən ilin nəticələrinə görə, Rusiya mayonezinin əsas idxalçıları Qazaxıstan, Belarus, Azərbaycan, Gürcüstan və Moldova olub (apa).

