Siyasət 

Kiyevdə “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda konfrans keçirilib

ARANTV.AZ xəbər verir ki, Kiyevdə “Heydər Əliyev və  Azərbaycan diasporu ” mövzusunda konfrans keçirilib. Ulu Öndərin xatirəsinə həsr olunan tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsini ziyarət ediblər. Sonra keçirilən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli dahi şəxsiyyətin misilsiz xidmətlərindən danışıb.  Heydər Əliyevin dünyanın nadir  şəxsiyyətlərindən biri olduğunu vurğulayan  Ukrayna parlamentinin deputatı Xvitsa Meparişvili ulu öndərin siyasi irsinin öyrənilməsinin və tətbiq edilməsinin  vacibliyini qeyd edib. Digər çıxışçılar da görkəmli siyasi xadimin həyata keçirdiyi uğurlu siyasətdən danışıblar. Tədbirdə ulu öndərə həsr olunan film də nümayiş etdirilib.

Daha çox xəbərlər