Bir-birindən xəbərsiz dünyadan köçən ANA və ŞƏHİD OĞUL- VİDEO
Sosial şəbəkələrdə hamını kədərləndirən video yer alıb.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, görüntülərdə döyüşlərə könüllü qatılan əsgərin anasının vəfat etdiyi deyilir. Ananın şəkəri, ürək qüsuru olduğu, hər gün oğlundan zəng gözlədiyi , fikir etdiyi deyilib. Yaxınları bildirib ki, ana ölümündən 3-4 gün əvvəl sanki güclə yaşayırmış. Oğlu Həsənin ona zəng etməməsi elə bil onun taqətini kəsibmiş. Şəhidin bacısı deyib ki, “Anam ağlayırdı, xəstə idi. O, həmişə deyirdi ki, bircə kəlmə səsini eşitsəydim, rahatlayardım”.
Ana deyirmiş ki, oğlum mənimlə bircə kəlimə danışsın, sonra “adboy “versin.
Ananın 7 mərasimindən 2 gün sonra oğlundan şəhid xəbəri gəlib. Hər ikisi bir- birindən dünyadan xəbərsiz köçüblər.

