Dünya 

Çində aktiv koronavirus xəstələrinin sayı 1000-i ötdü

Çində son sutka ərzində daha 144 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 87 988-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 635-dir. Ümumilikdə 82 352 xəstə sağalıb.

Ölkədə 1 001 aktiv koronavirus xəstəsi var ki, onlardan da 26-nın vəziyyəti ağır qiymətləndirilir.

Daha çox xəbərlər