Sosial 

Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandı

Yaşadığı evi icazəsiz tərk edən koronavirus (COVID-19) xəstələrinin sayı açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ev şəraitində müalicə təyin edilən iki nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb və evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Daha çox xəbərlər