Dünya 

Kolumbiyada qızıl mədəni çöküb – 5 ölü

Kolumbiyanın qərbindəki Santander-de-Kiliçao şəhərində qızıl mədənində çökmə baş verib.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 11 nəfər isə xəsarət alıb.

Qeyd olunur ki, qızıl mədəni qeyri-qanuni işləyirmiş. Onun fəaliyyəti rəsmi olaraq bir müddət əvvəl dayandırılıb.

Daha çox xəbərlər