“4 gündən sonra su içmişik” – Əsgərimizin bu VİDEOSU DƏHŞƏTƏ GƏTİRDİ
Sosial şəbəkələrdə hər kəsi kövrədən, eyni zamanda qürurlandıran video yer alıb.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Vətən müharibəsinə qatılaraq döyüşən hərbçimiz müsahibəsində bunları danışıb:
“4 gün ərzində heç nə yemədik. Axşam şaxta olurdu, səhər ayılırdıq ki, su qabımıza qar yağıb, o da buza çevrilib. Bundan sonra biz həmin buzları yığıb yalayırdıq. Tibbi baxımdan istifadə olunan sistemləri su əvəzi içirdik. 32 nəfərə yarım litrə yaxın su içmişik…”
Paylaşım qısa müddətdə çoxsaylı izləmə toplayıb.

