Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb
2020-ci il ərzində övladlığa verilən uşaqların sayı açıqlanıb.
ARANTV.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ötən il ümumilikdə 22 uşaq övladlığa götürülüb, onlardan 10-u qız, 12-si oğlandır.
Övladlığa götürülmüş uşaqlardan 10-u 0-3, 11-i 4-11, 1-i isə 12-18 yaş aralığındadır.
Uşaqlardan 17-si yaxın qohumlar tərəfindən, 1-i müəssisədən, 2-si ögey ana və ya ata tərəfindən, 2-si valideynlər arası qarşılıqlı razılıq əsasında övladlığa götürülüb.

