Dünya 

Braziliyada ötən sutka koronavirusdan 1 038 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 66 047nəfər yoluxub.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 390 341 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 038 nəfər ölüb, ölənlərin ümumi sayı 208 133 nəfər təşkil edir.

Daha çox xəbərlər