Nazirlikdən Zəfər muzeyinin yerləşəcəyi məkanla bağlı AÇIQLAMA
Mədəniyyət Nazirliyi Zəfər muzeyi və memorial kompleksinin yerləşəcəyi məkanın müəyyən olunması və bununla bağlı qərarın verilməsi barədə məlumatlara aydınlıq gətirib.
Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanıb.
“Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməyib”, – qurumdan qeyd edilib.

