Vətən müharibəsinin qələbəsində payı olan dənizçi Daşqın Quliyev
Zəfər ilə bitən Vətən müharibəsinin qəhrəman iştirakçılarından biri də Daşqın Quliyevdir.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Daşqın Quliyev 2014-2018-ci illərdə ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb.
Gənc dənizçi Murov yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib.

