Daşkəsəndə ağır qəza: Ölən və yaralanan var
Daşkəsən rayonunun Aşağı Daşkəsən qəsəbəsi ərazisində MAZ markalı avtomobil aşıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 15-də saat 13 radələrində qəsəbə ərazisində Gədəbəy rayon sakini A.Qənbərov idarə etdiyi avtomobili aşırıb.
Nəticədə sərnişini Ş.Süleymanov aldığı hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

