Sumqayıt sakinindən heroin götürüldü
Sumqayıt sakini narkotik vasitə ilə tutulub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 410 qram heroin aşkar edilərək götürülüb.

