Hadisə 

Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanıldı

Hacıqabul rayonunda qanunsuz ov edən şəxslərdən silah götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 16-da rayonun Muğan qəsəbəsi ərazisində Şirvan şəhər sakinləri – R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunsuz ov etdikləri üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

R.Babayevdən “Kral Arms”, A.Əhmədzadədən isə “Churchill” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Daha çox xəbərlər