Gündəm 

SOCAR neft bitumu ixracını artırıb

SOCAR ötən il ərzində 125 min ton neft bitumu ixrac edib.

Bu barədə Dövlət Neft Şirkətinin “2020-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri”ndə məlumat verilib.

Neft bitumu ixracı 2019-cu illə müqayisədə 10,4 dəfə artıb. Bildirilib ki, son onillikdə bitum əsasən daxili bazarın tələbatına yönləndirilirdi. 2019-cu ildə istehsal həcmini artıran yeni bitum qurğusunun istismara verilməsindən sonra, Azərbaycan yenidən bu məhsulun ixracına başlayıb.

Daha çox xəbərlər