Sosial 

“8 Noyabr” stansiyasına rəis təyin edildi

“8 Noyabr” stansiyasına rəis təyin edilib.

ARANTV.AZ-ın məlumata görə, yeni açılacaq metrostansiyaya Yusif Şabanov təyinat alıb.

O, buna qədər “Nizami” metrostansiyasının rəisi vəzifəsində çalışıb.

Bundan əlavə, “Bakı Metropoliteni”ndə kadr dəyişikliyi olub.

Metronun “Nizami” və “Xalqlar Dostluğu” stansiyalarına yeni rəis təyinatları olub.

Belə ki, “Nizami” metrostansiyasına Vüsal Zeynalov, “Xalqlar Dostluğu” metrostansiyasına isə Arif Həsənli təyin edilib.Oxu.Az

Daha çox xəbərlər