Sosial 

Şəhidin arzusu ilə oğluna Hüseyn adı verildi – Fotolar

Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Vüsal Məmmədovun bu gün övladı dünyaya gəlib.

ARANTV.AZ “Qafqazinfo”ya istinadən bildirib ki, bu haqda şəhidin yaxınları məlumat veriblər. Bildirilib ki, körpə oğlandır və sağlamlığı yerindədir:

“Hələ cinsiyyəti məlum olanda atası adının Hüseyn olmasını istəmişdi. Onun arzusuna uyğun olaraq uşağa Hüseyn adı verilib”.

Qeyd edək ki, 30 yaşlı şəhid Vüsal Qüdrət oğlu Məmmədov cəmi 7 ay idi ki, ailə qurmuşdu. O, XTQ-nin tərkibində dalğıc (sualtı hücum) kəşfiyyatçı vəzifəsində xidmət edib. Oktyabrın 12-də Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub.

Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Daha çox xəbərlər