10 noyabr üçtərəfli bəyanatının heç bir gizli bəndi mövcud deyil – Rusiya XİN
10 noyabr üçtərəfli bəyanatının bütün müddəaları ictimaiyyətə açıqlanıb və heç bir gizli bəndi və ya əlavəsi mövcud deyil.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.
O, bildirib ki, bəyanat əsirlərlə bağlı məsələ istisna olmaqla çox effektiv icra olunur.

