Rusiyada qar uçqunu olub, 12 nəfər…
Rusiyanın Qaraçay-Çərkəz Respublikasında qar uçqunu baş verib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə Mussa-Açitara dağında xizək yolunda qeydə alınıb.
İlkin məlumatlara görə, uçqunun altında 12 nəfərədək şəxsin qaldığı ehtimal olunur.
Hadisə yerində axtarış-xilasetmə işlərinin aparılması üçün hazırlıq gedir.

