2020-ci ildə əhali içki və siqaretə 2 milyard manatdan çox pul xərcləyib
2020-ci ildə ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 168,5 milyon manatlıq içkilər və tütün məmulatları satılıb. Bu göstərici əvvəlki illə müqayisədə 0,5 faiz çoxdur.
ARANTV.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ümumilikdə hesabat dövründə əhali 21,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb

