Gündəm 

Ötən il əhalinin xərclərinin 49 faizi ərzağın alınmasına sərf edilib

2020-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının sərf edilib.

ARANTV.AZ  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bundan başqa, əhalinin xərclərinin 5,4 faizi içkilər və tütün məmulatlarının, 16 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına yönəldilib.

Daha çox xəbərlər