Dünya 

Bu gün Yerevanda növbəti etiraz aksiyası keçiriləcək

Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın Azad edilməsi Komitəsinin üzvləri bu gün Yerevanda etiraz aksiyası keçirəcəklər.

Bu barədə ARANTV.AZ  Unikal.org-aistinadən xəbər verir.

“Bu vəziyyət kimin üçün qəbuledilməzdirsə, milli rüsvayçılığa qarşı etiraz aksiyasına dəvət edirik. Aksiya yanvarın 19-da saat 12:30-da Şenqavit məhkəməsinin binası qarşısında başlanacaq”, – deyə Robert Koçaryanın Azad olunması Komitəsinin bəyanatında deyilir.

“Yanvarın 19-da guya Konstitusiya quruluşunun devirilməsi haqqında iş üzrə növbəti məhkəmə iclası olacaq. Cəfəngiyat davam edir. Dövlət maraqlarına xəyanət sərhəd tanımır”, – bəyanatda qeyd edilir.

Daha çox xəbərlər