Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Vüsal Qasımlı: “İqtisadiyyat 2021-2022-ci illərdə bərpa olunacaq”

By Vüsal Rafiqoğlu
19.01.2021 3 Min Read

“Azərbaycanda iqtisadi artımın yüksək trayektoriyaya keçmək imkanları var”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, hazırda dünyada iqtisadi artım templəri aşağıdır, inflyasiya zəifdir, bərabərsizlik artır, iqtisadiyyatın struktur irəliləyişləri əhəmiyyətli deyil, çünki, koronavirus böhranı əslində iqtisadi deyil, tibbi təhdid idi ki, sonradan pandemiyaya və iqtisadi böhrana gətirdi:

“İqtisadiyyat 2021-2022-ci illərdə bərpa olunacaq, amma yüksək artım trayektoriyasına keçid hələ ki, proqnozlaşdırılmır. Bu arada dünyada idarəetmə modelləri üç istiqamətdə haçalanıb: totalitar rəqəmsal diktatura, sosial rifah dövləti 3.0 və kvazi-dövlət rəqəmsal sistemləri.

Keynsin dediyi kimi dövlətlər “mümkünsüz trillema”da üç hədəf – azadlıq, səmərəlilik və ədalətlilik arasında seçim edirlər. Xüsusən də, ərazi bütövlüyünün bərpası, korona ilə mübarizədə son mərhələ – vaksinasiyaya ilk keçən ölkələrdən bir olmaq, aşağı neft qiymətləri şəraitində makroiqtisadi və ictimai-siyasi sabitliyi təmin etmək və yeni regional geosiyasi və geoiqtisadi arxitekturanın müəyyənləşdirilməsini Prezident İlham Əliyevin idarəetməsinin aktivinə yazmaq olar.

Ölkə başçısı Azərbaycanda optimal idarəetməni qurduğundan biz dünya üçün “Böyük Depressiya”dan sonra ən böyük böhran ili – 2020-ci ili imkana çevirməyi bacardıq. Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyəti ilə xüsusən də Azərbaycandakı bazar modelinə sosial rəng qatması ictimai müqavilə və harmoniya üçün vacibdir”.

İcraçı direktorun sözlərinə görə, 2020-ci ildə rastlaşdığımız çağırışlar həyatımızda izlərini saxlasa da, yeni reallıqda daha üstün pillədə dövlət və xalq olaraq inkişafımız təmin edilib:

O, Azərbaycanın “likvidlik tələsi”nə düşmədən inkişafını necə təmin edə biləcəyinə də toxunub. Bildirilib ki, Azərbaycanda 2018-ci ildən başlayan monetar yumşalma “likvidlik tələsi”nə düşmədiyimizi göstərir, çünki, 2018-ci ildәn bәri pul tәklifi 50 faizdən çox artsa da, manatla yeni kreditlәr üzrә orta faizlәr 5,5 faiz azalıb:

“Real sektorda pandemiyanın tәsiri ilә güclәnәn risklәr faizlәrin daha çox azalmasını mәhdudlaşdırıb. Yəni, pul təklifinin artması manatla faizləri azaltdığından “likvidlik tələsi”ndən danışmaq tezdir. “Likvidlik tələsi” o zaman baş verir ki, pul təklifinin artması faizləri aşağı endirə bilmir, iqtisadi artım səngiyir. Həm də, bizdə iqtisadi artımın drayverləri olan qeyri-neft sənayesi, aqrar sahə, informasiya və rabitə xidmətləri daha çox məhsuldarlığın hesabına artır. Yəni, pul kütləsinin artımı məhsuldarlığı olan sahələrin artımını dəstəkləyir.

Məsələn, indiyədək sənaye parklarında yaradılan müəssisələrə 3,5 milyard ABŞ dolları investisiya yatırılıb, 3,3 milyard manatlıq satış həyata keçirilib və 25 faiz məhsul ixrac olunub. Azərbaycanda qeyri-neft sənayesinin üstün artımı sərmayələrin keyfiyyətli iqtisadi artımı və məhsuldarlığı dəstəklədiyini göstərir. Xüsusən də qeyri-neft sektorunun sənayedə xüsusi çəkisi son 10 ildə 15 faizdən 25 faizə çatıb. 2021-ci ildən başlayaraq da iqtisadi artımın bərpası zamanı pul kütləsinin artımını məhsuldarlığın yüksəldilməsinə yönəltmək lazımdır. Aşağı məhsuldarlıqlı artım qısamüddətlidir və dövlət dəstəyi aradan qalxan kimi dayanır”.

İqtisadiyyatda likvidliyin idarә olunması mәqsәdilә Mәrkәzi Bankın depozit hәrracları, notların yerlәşdirilmәsi, sterilizasiya portfelinin durasiyası və digər alətlərdən istifadə etdiyini deyən iqtisadçı əlavə edib ki, bu il əsas hədəflər pul siyasәtinin transmissiya effektini güclәndirmәk, pul bazarını fəallaşdırmaq vә gәlirlik әyrisinin formalaşmasını dәstәklәmәkdir:

“Çünki gəlirlilik əyrisi iqtisadiyyatın vəziyyətini və perspektivini göstərir, əyri yüksələn trendə malikdirsə iqtisadi artım proqnozlaşdırılır və əksinə. Bir həqiqəti yaddan çıxarmayaq ki, yumşaq monetar siyasət bəlli bir həddə qədər aşağı inflyasiya ilə müşayiət oluna bilər. “Qırmızı xətti” keçəndən sonra monetar genişlənmə makroiqtisadi sabitliyə təhdid olmaqla yanaşı, həm də aktivlərin qiymətini artırmaqla cəmiyyətdə qeyri-bərabərliyə rəvac verə bilər. Buna görə də kontr-tsiklik siyasət tələb edir ki, iqtisadi artım bərpa edildikcə, hökumət investisiyanın ilk mənbəyi və Mərkəzi Bank da pul emitenti kimi ekspansiyanı səngitsinlər. Bütün hallarda iqtisadi artımı dəstəkləmək üçün yalnız pul təklifi yetərli deyil, bundan başqa institusional təkmilləşmə, bazarlara çıxış və insan kapitalının inkişafı zəruridir”.

Vüsal Qasımlı qeyd edib ki, dördüncü sənaye inqilabının çağırışlarına, bio, rəqəmsal və fiziki texnologiyaların tətbiqinə nail olmaq üçün ölkə prezidenti müvafiq publik hüquqi şəxs də yaratdı. Davamlı və keyfiyyətli iqtisadi artım üçün Azərbaycan da Klaus Şvabın dediyi kimi “böyük yenilənmə”yə hazır olmalıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sarıbaşda qarın hündürlüyü 42 santimetr olub – FAKTİKİ HAVA

Next

Tərxis edilmiş şəxslərdən Müdafiə Nazirliyinə neçə müraciət daxil olub?

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv