Zirvənin sahibi Humay
“Dtv Maqazin” verilişində dəyişiklik edilib. ARANTV.AZ xəbər verir ki, Dünya TV-də hər həftənin bazar günü gecə saat 23:00-də yayımlanan verilişin aparıcısı dəyişib. Bu gündən proqramı tanınmış teleaparıcı Humay Muxtarova aparacaq. Aparıcı yeni işi haqqında iddialı danışıb: “Şou-biznesin hər üzünü göstərməyə və maqazin aləmində zirvədə olmağa iddialıyıq. Komandamızla ciddi iş rejimində işləyirik. Şou-biznesdə baş verən hadisələrə bizim gözümüzlə baxın və gerçəkləri görün”.

