“ABŞ seçki sistemində şəffaflıqla bağlı problemlər var”- Peskov
“ABŞ seçki sistemində şəffaflıqla bağlı problemlər var”.
ARANTV.AZ unikal.org-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin sözçüsü, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov söyləyib.
“Bütün bunlar ABŞ-da destabilizasiyaya səbəb olur. ABŞ seçki sistemində şəffaflıqla və beynəlxalq monitorinqlə bağlı problemlər var. Kreml bunları sadəcə konstatasiya edə bilər”, – deyə Dmitri Peskov bəyan edib.

