MM Komitəsi azad edilmiş ərazilərdə aqrar sahənin inkişafını qiymətləndirəcək
Deputatlar işğaldan azad olan torpaqlarda yaranmış vəziyyətlə tanış olacaq, həmin ərazilərdə aqrar sahəsinin inkişafı üçün vacib məsələləri müzakirə edəcək.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planında əksini tapıb.
Həmçinin, komitə üzvlərinin Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etməsi, qazilər, müharibə iştirakçıları ilə görüşlər keçirməsi iş planına daxil edilib.

