Cəmiyyət 

İcra başçısı özünə yeni müavin təyin etdi

Səbail Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, Səbail Rayon İcra Hakimiyyəti başçısı Vüqar Zeynalovun imzaladığı əmrə əsasən, müavini Abid Əliyev vəzifəsindən azad edilib.

Onun yerinə Vüqar Şıxəmmədov təyinat alıb.

Şıxəmmədov məlumatı Oxu.Az-a təsdiq edib.

Qeyd edək ki, Vüqar Şıxəmmədov Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.oxu.az

Daha çox xəbərlər