Gündəm 

Portağal sahələrinin güzəştli sığortası başlayıb

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə portağal sahələrinin sığortalanması şərtləri açıqlanıb.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə portağal bağlarının sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Portağal sahələrinin sığortalanması zamanı portağalın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.

Qaydalara əsasən, hesablama aparılması üçün portağal bitkisinin 1 hektarı üzrə məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.

Belə ki, portağalın bir hektarı üçün məhsuldarlıq norması 33,3-720 sentner arasında, qiymət isə 80-130 manat/sentner arasında  müəyyən edilib.

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar – buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, portağal, fındıq və pambıqdır.

Daha çox xəbərlər