Uşaqlar İTV-nin müxbirinə çətin anlar yaşatdı – VİDEO
“İTV Xəbər” proqramının canlı yayımında maraqlı anlar baş verib.
ARANTV.AZ “MediaPost”-a istinadən xəbər verir ki, qarla bağlı Nizami rayonu ərazisində “stand-up” edən verilişin müxbiri Ülviyyə Kamran uşaqların hücumuna məruz qalıb.
Ətrafda qartopu oynayan uşaqlar onu qar atəşinə tutub. Müxbir çətin anlar yaşasa da, vəziyyətdən çıxmağı bacarıb.

