Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir
Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, 44 ölkədən 250-yə yaxın nümayəndənin iştirak etdiyi konfransda dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələsi müzakirə olunur.
Konfransın ikinci günündə Azərbaycan tərəfdən “Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və digərləri çıxış edəcəklər.
Dekabrın 15-də başlayan konfrans öz işini bu gün yekun sənədlə başa vuracaq.

