Hadisə 

Bir avtomobilin digərinə yol verməməsi qəzaya səbəb oldu

Bakıda iki avtomobilin toqquşması nəticəsində qəza baş verib.

ARANTV.AZ-ın Trend-ə istinadən verdiyi məlumatına görə, hadisə bu gün səhər 08:45 radələrinə Mehdi Hüseynzadə parkının yaxınlığında qeydə alınıb.

Qəza Bakıxanov küçəsindən Cəfər Cabbarlı küçəsinə dönən “Hyundai” markalı 90-PU-669 dövlət qeydiyyat nişanlı avtomoilin Tblisi prospektindən gələn “Toyota” markalı 90-TR-701 dövlət qeydiyyat nişanlı maşını gözləməməsi səbəbindən yaranıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

 

Daha çox xəbərlər