Sosial 

Neçə hektar örüş sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb?

“Ötən il ərzində qanunsuz ayrılan ümumi istifadə üçün nəzərdə tutulan 3 417 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılmasının təmin olunması həyata keçirilib”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

O bildirib ki, bütövlükdə 8 217 ha, əvvəlki ilə nisbətən 17 % çox torpaq sahəsi bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılıb.

“Bundan başqa 2 261 ha torpaq sahəsi ilə bağlı mübahisələr hazırda nazirliyin iddiaları əsasında məhkəmələrin icraatındadır”.

Daha çox xəbərlər