Hadisə 

Xırdalandakı partlayışda özü öldü, qızının axtarışları davam edir

Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxs 33 yaşlı qadındır.

ARANTV.AZ  xəbər verir ki, dağıntılar altından 1988-cu il təvəllüdlü Aytən Musayevanın cəsədi tapılıb.

Onun digər ailə üzvləri – əri Vüsal Musayev və 12 yaşlı oğlu Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda A.Musayevanın digər azyaşlı qızının axtarışları davam etdirilir.

Qeyd edək ki, dağıntılar altından 6 nəfər çıxarılıb.

Daha çox xəbərlər