Fazil Mustafa: “Tıxacı yaradan əsasən avtobuslardır”
Bakıda tıxac ciddi narahatlıq yaradır. Biz bunu niyə həll etmirik?
ARANTV.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin bu kün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Millət vəkili əlavə edib ki, tıxaclara görə minlərlə insan yollarda qalır, işə gecikir:
“Nəqliyyatın İntellektual İdarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Nəqliyyat idarə olunur, amma intellekti görmürük. Tıxacı yaradan əsasən avtobuslardır, bütün yolu tuturlar. Azca yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxxəsis yoxdursa, xaricdən gətirək”.
Ölkə.Az

