Şaxta baba uşaq bağçasında öldü
Rusiyanın Kemerovo vilayətində Şaxta baba geyimində olan şəxs uşaq bağçasında tamaşa zamanı vəfat edib.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, əyləncə zamanı 67 yaşlı kişi sinəsində ağrılardan şikayət etməyə başlayıb.
Şaxta baba üçün təcili yardım çağırılsa da, həkimlər gələnədək o, həyatını itirib.

