Dünya 

ABŞ-da kimyəvi sızma nəticəsində 6 nəfər öldü

ABŞ-ın Corciya ştatında yerləşən quşçuluq təsərrüfatlarından birində maye azotun sızması nəticəsində azı 6 nəfər dünyasını dəyişib.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, 5 nəfər yerindəcə ölüb, daha 1 nəfər isə xəstəxanada vəfat edib.

Hadisə yerinə gələn yanğınsöndürənlərdən 4-ü sızmanın nəticələrinin aradan qaldırılması zamanı yaralanıb.

Təxminən, 130 fabrik işçisi təxliyə edilib. Onlar dərhal həkim müayinəsinə cəlb ediliblər.

Daha çox xəbərlər