“Jurnalistika fakültələrində islahatlar aparılacaq” – Əflatun Amaşov
“Çox təəssüf ki, Azərbaycanın ali məktəblərinin jurnalistika fakültələrində tədris humanitar istiqamət üzrə aparılır”.
ARANTV.AZ report-a istinadən xəbər verir ki, bunu “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda keçirilən “dəyirmi masa”da Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, qloballaşan dünyada elmə xüsusi önəm verilir: “Ona görə də biz elmi populyarlaşdırmalıyıq ki, insanlar bu istiqamətə yönəlsin. Redaksiyalarda elm sahəsi ilə məşğul olan işçilər də müəyyən edilməlidir. Biz cəmiyyətdə elmə maraq yaratmalıyıq. Hansı xalq ki, inkişafı elmdə görür, o xalq qlobal dünyada öz yerini tutacaq. Elmi populyar etməliyik ki, insanların şüuru bir istiqamətə yönəlsin. Əks istiqamət xurafatdır, cəhalətdir. Onu da görə-görə gəlmişik”.

