Gündəm 

Avtomobillər üçün yeni rüsumlar TƏSDİQLƏNDİ

Avtomobillərə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müəyyənləşdirilən yeni dövlət rüsumu qüvvəyə minib.

ARANTV.AZ-ın avtosfer.az-a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası bununla əlaqədar müvafiq dəyişiklik edib. Dəyişikliyə əsasən dekabrın 15-dən avtonəqliyyat və motonəqliyyat qeydiyyat şəhadətnaməsinin verilməsi üçün artıq 17 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

Qeyd edək ki, 29 iyun 2018-ci ildə “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilib, avtonəqliyyat və motonəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun məbləği 17 manatdan 25 manata qaldırılıb.

 

Daha çox xəbərlər