Gündəm 

AQTA Rusiyadan idxal olunmuş taxıldan narazı qalıb

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvertin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə telefon danışığı baş tutub. Bu barədə Rosselxoznadzor məlumat verir.

“Söhbət zamanı AQTA-nın rəhbəri Azərbaycanın tələblərinə cavab verməyən taxılın Rusiyadan idxal olunmasından narahatlıq ifadə edib. Təhməzlinin sözlərinə görə, bu cür taxıl əsasən Saratov vilayətindən daxil olub”, – məlumatda qeyd olunur.

“Dankvert Azərbaycan tərəfindən xahiş edib ki, Rusiya taxılında hər bir uyğusuzluq faktı aşkarlanması ilə bağlı Rosselxoznadzora rəsmi nota ünvanlansın. 2020-ci ildə bu cür bildirşlər Rusiyanın xidmətinə daxil olmayıb. Məlumat əldə etdikdən sonra Rosselxoznadzor ətraflı araşdırma aparacaq və səhlənkar tədarükçülər barəsində zəruri tədbirlər görəcək”, – məlumatda deyilir.

Tərəflər bu məsələnin daha detallı müzakirəsi məqsədilə qısa müddət ərzində danışıqlar aparacaqlar (interfaks).

Daha çox xəbərlər