Yeni nəsil niyə cılızlaşır? – AÇIQLAMA – VİDEO
ARANTV.AZ xəbər verir ki, ekspertlərin fikrincə, belə getsə gələcəkdə vəziyyət daha da dəyişə bilər. Səbəblər isə bir neçədir.
Adil Quybulla – Tibbi ekspert: “Uşaqları çox geyindirirlər, yedirdirlər, idmana meyilli olmurlar, immun sistemi zəyif olur. Təbii ki, ekoloji faktorları da qeyd etmək lazımdır”.
Sakin: “İdmana vaxt ayırmıram. Yalnız həftə sonları”.
Qohum nikahları da boy artımına bir bəladır desək yanılmarıq.
Nahid Məhərrəmov – Həkim-terapevt: “Məsləhətdir ki, yaxın qohum evliliklərində gen xəstəlikləri mütləq yoxlanılsın, ondan sonra qərar verilsin”.
Adil Quybulla – Tibbi ekspert: “Bununla məşğul olacaq müvafiq qurumlar olmalıdır. Zərərverici faktorlarla bağlı izahat aparılmalıdır”.
Azərbaycan əhalisi arasında ən çox cılızlaşmanın qeydə alındığı ərazi də müəyyənləşdirlib, şimal-qərb regionu.
Ekspertlər deyir ki, problemin daha qabarıq şəkil alaraq gələcək genefonda təsir etməməsi, yaxud bu təsiri azaltmaq üçün gənclər kütləvi şəkildə idmana cəlb olunmalı, sistemli işlər aparılmalıdır.
ARB TV

