SONUNU DÜŞÜNMƏDİ,QƏHRƏMANA ÇEVRİLDİ-VİDEO+FOTO
Amin Musayevin əsirlikdən azad edilib Vətənə qayıdan gününün səhərisi idi.Bərdə şəhərində yerləşən “Zeytun” apteklər şəbəkəsinə daxil olan 17 saylı aptekin müdiri,yaxından tanıdıgım,1-ci Qarabag müharibəsinin qazisi Şəmsi İlyasovdan mənə zəng gəldi.Hal-əhval tutandan sonra məndən xəbər aldı ki,qardaş sən daha məlumatlı olarsan,bəlkə Amin Musayevin yaxınlarından kiminsə mobil nömrəsini biləsən.Soruşdum ki,nə olub? Şəmsi müəllim,Amin Musayev əsir götürülən gün internetdə yayılan videoya baxanda çox təsirləndiyini bildirdi və əlavə etdi ki,həmin gün qurban deyib,Amin sag-salamat Vətənə,evinə qayıtsın,gedib qapılarında qurbanını kəssin. Mən tezlikə maraqlanıb öyrənəcəyimi bildirdim və ikimiz də Aminlə əlaqə yaratmaga,onun harada olması,səhhəti haqqında məlumat toplamaga çalışdıq. Amin əsirıikdən qayıdandan sonra bir müddət kiçik fasilə ilə iki dəfə qospitalda müalicə olundu,evə gələndən sonra da yanına gəlib-gedənlər çox olduguna,özünün də yaraları onu hələ çox incitdiyinə görə bir müddət gözlədik. Nəhayət fevral ayının 3-də biz arzularımızı gerçəkləşdirdik. Səhər saat 9-da iki maşın Bərdədən Amini ziyarət etmək üçün Ağstafaya yola düşdük. Tanınmış mügənni,gözəl lirik və vətənpərvər mahnıları ilə milyonların sevgisini qazanmış Səyyad Əlizadə də Aminə mənəvi və maddi dəstək olmaq üçün Bakıdan gəlib Yevlax şəhərində bizi gözləyirdi. Agstafaya çatıb birinci Şəhidlər Xiyabanına üz tutduq.Ürək agrısı və qürur hissi ilə nur üzlü şəhidlərimizin məzarlarını ziyarət etdik,məzarları üzərinə qərənfil dəstələri düzdük. Oradan da Amingilə yola düşdük.
















Arantv.az

