“Alt paltarı deyirdin ha, özünü göstərmək deyirdin ha…” – Kamildən Ulviraya SƏRT REAKSİYA
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusuna yardım edən Kamil Zeynallı “Vətən naminə” və “Milli Ordu-100” medallarına layiq görülüb.
ARANTV.AZ xəbər verir ki, bir müddət öncə Ulvira Qarayevanın verilişində qonaq olan idmançı, aparıcının proqram zamanı onu pərt etmək məqsədilə işlətdiyi sözlərə cavab verib.
Bildirib ki, “Alt paltarı deyirdin ha, özünü göstərmək deyirdin ha, bildin də yəqin”
Qeyd edək ki, Kamil Zeynallı aparıcı Ulvira Qarayevanın “AStar News” verilişində qonaq olduğu zaman, aparıcı ona “Hansısa erməni qadınının alt paltarını əlində göstərirdin. Tamaşaçılarda sual yarandı ki, Kamil döyüşmür, gedib hansısa qadının buzqalteri əlində videolar çəkir. Bunu edəndə nə fikirləşirdin, imicinə müsbət gətirəcəyini düşünürdün?”
Kamil isə cavabında:
“Ora hərbçi ermənilərin evi idi. Mənim imicimə zərər gətirən adamlar guya özləri nə edib? Gəlib onda evlərə girərdilər. Onda biz hələ digər rayonları azad etməmişdik. İkinci rayonda idik, Cəbrayılda idim. Başımızın üstündən toplar, raketlər gedirdi. Qınayanlar gəlsinlər görüm elə yerdə dayana bilərlərmi? Mən arxa cəbhədə idim, amma ön cəbhəyə də gedirdim. Siz nə bilirsiniz ki, mən ordu ilə birgə döyüşməmişəm?”
Sosial şəbəkələrdə yayılan videoya isə izləyicilər sərt reaksiya verib. Belə ki, onun ancaq qadın buzqalterindən danışası izləyiciləri özündən çıxarıb. Çoxsaylı şərhlər yazaraq Ulviranı biabır ediblər.

