“Fransada üçüncü karantin rejiminin tətbiqi istisna olunmur” – Baş nazir
Fransa hökuməti koronavirus pandemiyası ilə bağlı ölkədəki sanitar vəziyyətin pisləşəcəyi təqdirdə üçüncü karantin rejiminin tətbiq olunmasını istisna etmir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Jan Kasteks yerli mətbuata müsahibəsində deyib.
O bildirib ki, son günlərdə yoluxma tempi azalsa da epidemioloj vəziyyətin yaxşılaşması ilə bağlı əminlik yoxdur:
“Karantin rejimi son vasitə olsa da onun epidemiya ilə mübarizədə müsbət təsiri aşkardır”.
Qeyd edək ki, bu günədək Fransada 3,3 mlyona yaxın şəxs koronavirusa yoluxub, 78 603 nəfər vəfat edib.

